
Grafalon, immunosupressantlar adlanan dərmanlar qrupuna aiddir. İmmunosupressantlar bədənin transplantasiya edilmiş orqanı rədd etməsinin qarşısını almaq üçün istifadə olunur. Grafalon, orqan transplantasiyası keçirən vəya keçirəcək olanlara verilir və bədənin immunitet sisteminin yeni bir orqanı rədd etməsinə mane olur. Grafalon, transplantasiya edilmiş orqana hücum edən xüsusi hüceyrələrin inkişafına maneə törədərək orqanizmin rədd cavabının qarşısını almağa və ya dayandırmağa kömək edir. Grafalon, digər immunosupressiv dərmanlar ilə birlikdə immunosupressiv terapiyanın bir hissəsi kimi istifadə olunur.