Warning: Cannot modify header information - headers already sent by (output started at /home/medisis/public_html/facet.az/mehsul.php:1) in /home/medisis/public_html/facet.az/admin/config.php on line 4
Sekusept® aktiv

Sekusept® aktiv

Bütün növ tibbi alətlər və endoskoplar üçün təmizləyici, dezinfeksiyaedici və steriledici toz formada maddə.

Üstünlükləri:

  • Alman Gigiyena və Mikrobiologiya Birliyinin (DGHM/VAH) sertifikatına malikdir.
  • Geniş təsir spektrinə malikdir (bakterisid, virusid, funqisid, sporosid).
  • Qısa müddətdə (5-15 dəq.) effekt göstərir .
  • Sporları tam olaraq məhv edir.
  • Tərkibində aldehid yoxdur.
  • Endoskop istehsal edən firmalar tərəfindən tövsiyə olunur.
  • Ultrasəs vannalarında istifadə oluna bilir.
  • Keyfiyyəti testlərlə yoxlanıla bilir.
  • Mis və latun xaric bütün növ metal, şüşə, rezin və plastik materialların istifadəsi üçün uyğundur.
  • 24 saat ərzində çoxsaylı istifadə üçün uyğundur.

Tərkibi :  25 % asetiletilendiamin (TAED), 50 % Na perborat, korroziya əleyhinə maddə və s.. Su ilə qarışdırıldıqda persirkə turşusu yaranır.
Təyinatı:  Cərrahi alətlərin (həmçinin termolabil alətlər) yüksək səviyyəli dezinfeksiyası və sterilizasiyası. Yumşaq və sərt endoskopların yüksək səviyyəli dezinfeksiyası və sterilizasiyası. Anestioloji alət və avadanlıqların yüksək səviyyəli dezinfeksiyası və sterilizasiyası. USM ucluqların yüksək səviyyəli dezinfeksiyası. Stomatoloji alətlərin yüksək səviyyəli dezinfeksiyası və sterilizasiyası.  Səthlərin yüksək səviyyəli dezinfeksiyası. Küvezlərin yüksək səviyyəli dezinfeksiyası.
Qablaşdırma forması: 6KG - 1,5KG
İstehsalçı şirkət: ECOLAB
İstehsalçı ölkə: Almaniya