Warning: Cannot modify header information - headers already sent by (output started at /home/medisis/public_html/facet.az/ru/mehsul.php:1) in /home/medisis/public_html/facet.az/ru/admin/config.php on line 4
SURFANIOS Premium ДОМ

SURFANIOS Premium

Döşəmə divar, bütün səthlərin təmizliyi və dezinfeksiyası üçün konsentrat məhlul.   İkili təsir;  təmizlik və dezinfeksiya.

Üstünlükləri:

  • Geniş spektrli mikrobioloji fəallıq
  • Təsir müddəti 5-30 dəq.
  • Qənaətlidir: 1 litr konsentratdan 400 litr işçi məhlul hazırlanır.
  • Materiallarla tam uyğunluq (şüşə, rezin, dəmir ərintiləri, polimer materiallar və s.)
  • Materialların üzərində heç bir iz, ləkə qoymur.
  • Korroziya törətmir.
  • İstifadədən sonra səthləri su ilə durulamağa ehtiyac yoxdur.
  • Pasiyentlərin yanında istifadə oluna bilər.
  • Hətta neonatoloji şöbədə küvezlərin təmizlənmə və dezinfeksiyasında istifadə olunur.

Tərkibi: N-(3-aminopropyl)-N-dodecylpropan-1,3-diamin – CAS, N° 2372-82-9 (51 mg/g), didecyldimethylammonium chlorid– CAS N° 7173-51-5 (25 mg/g), aromatizator.
Təyinatı: Müalicə profilaktika müəssisələri, o cümlədən neonatologiya, uşaq şöbələri, bakterioloji və kliniki laboratoriyalar, infeksiya ocaqları, təcili tibbi yardım maşınları, uşaq müəssisələri, məktəblər, sanatoriyalar, kommunal obyektlər (mehmanxanalar, yataqxanalar, sanitar buraxılış otaqları, hovuzlar, hamamlar, camaşırxanalar, bərbərxanalar), ictimai qidalanma müəssisələri, idman və sağlamlıq mərkəzləri.
Qablaşdırma forması: 5L - 1L
İstehsalçı şirkət: ANİOS
İstehsalçı ölkə: Fransa