Warning: Cannot modify header information - headers already sent by (output started at /home/medisis/public_html/facet.az/ru/mehsul.php:1) in /home/medisis/public_html/facet.az/ru/admin/config.php on line 4
SURFA SAFE Premium ДОМ

SURFA SAFE Premium

Səthlərin təmizlənməsi və dezinfeksiyası üçün nəzərdə tutulmuş köpük formalı sürətli səth dezinfektantı.

Tərkibində spirt olmadığına görə bütün materiallara istifadə etmək mümkündür (manitorlar, mobil telefonlar, klaviaturalar, plastik, rezin, dəri əvəzedicilər v.s)

Üstünlükləri:

  • Tərkibində spirt və ətir yoxdur.
  • Geniş antimikrob təsir spektirlidir.
  • Qənaətli köpük formalıdır.
  • Məhsulun üzərindəki köpük dozatoru istifadə zamanı stabil püskürməni təmin edir.
  • Köpüyün sıxlığı istifadə zamanı israfın qarşısını almağa imkan verir.
  • Məhsulun tərkibi onun polimer əsəslı materiallarda istifadəsinə imkan yaradır.

Tərkibi: Didesildimetilammonium xlorid - 1,4 mg/g, Poliheksametilen biguanid hidroxlorid – 0,96 mg/g.
Təyinat: Bütün növ materiallardan olan inventarlar, müayinə masaları, stomatoloji kreslolar, tibbi elektron cihazlar, manitorlar, mobil telefonlar, kompyuterlər, cərrahi masalar, fonendoskolar v.s nin səthlərinin sürətli təmizliyi və dezinfeksiyası (təmas müddəti 2 dəq-dir) üçün təyin olunur.
Qablaşdırmaforması: 750ML
İstehsalçı şirkət: ANIOS
İstehsalçı ölkə: Fransa